"Qarabağ"ın transfer etmək istədiyi hücumçu yenə diqqətləri üzərinə çəkdi -    FOTO

"Qarabağ"ın transfer etmək istədiyi hücumçu yenə diqqətləri üzərinə çəkdi - FOTO

 
0

Uzun müddətdir ki, "Qarabağ"ın transfer siyahısında olan “Akademica de Vizeu"nun hücumçusu Andre Klovis ölkənin ikinci liqasında ayın ən yaxşı hücumçusu seçilib.

Sportal.az "O Jogo"ya istinadən xəbər verir ki, 28 yaşlı braziliyalı səslərin 22,22 faizini  toplayıb və bu, ona rəqibləri ilə mübarizədə xeyli üstünlük qazandırıb.

Klovisin ardıcıl üçüncü dəfə ən yaxşı seçilib. O, əvvəllər eyni mükafatı oktyabr və noyabr aylarında qazanmışdı. Hazırda Andre 12 qolla bombardirdir.

Xatırladaq ki, "Qarabağ" ötən yaydan bəri braziliyalı mərkəz hücumçu ilə müqavilə imzalamaqda maraqlıdır. Lakin onun klubu yüksək məbləğ tələb edir.

Buna baxmayaraq, “Qarabağ”ın Klovisin transferi üçün danışıqları davam etdirdiyi bildirilir.

PaylaşPaylaş

Şərhlər yüklənir...