
"Qarabağ"ın "Sumqayıt", "Qəbələ"nin "Zirə" qarşısında üstünlüyü
Gələn həftə Misli Premyer Liqasında II dövrəyə start veriləcək. Milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra baş tutacaq XII turun matçları üç günü əhatə edəcək.
Sportal.az Peşəkar Futbol Liqasına istinadən üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.
Misli Premyer Liqası
XII tur
21 noyabr (cümə)
“Karvan-Yevlax” – “Kəpəz” – 1 oyun, +1=0-0, top fərqi 3-2
Komandalar arasında yeganə oyunda hər iki tərəf qol sevinci yaşayıb. Həmin matçda “Karvan-Yevlax” qalib gəlib.
“Sumqayıt” – “Qarabağ” – 52 oyun, +8=5-39, top fərqi 24-126
Son 7 matçda quruhesablı qələbə qeydə alınıb. “Qarabağ” son 2 səfərdə qalib gəlib.
* - texniki nəticə top fərqində nəzərə alınmayıb.
22 noyabr (şənbə)
“Araz-Naxçıvan” – “Turan Tovuz” – 9 oyun, +3=1-5, top fərqi 7-13
“Turan Tovuz” son üç görüşdə qol vurub. Son iki qarşılaşmada hər iki komanda fərqlənib.
“Zirə” – “Qəbələ”– 36 oyun, +9=15-12, top fərqi 35-41
“Zirə” son 4 matçda uduzmayıb. “Qəbələ” son 2 səfərdə quru hesabla uduzub.
23 noyabr (bazar)
“Sabah” – “Şamaxı” – 23 oyun, +8=7-8, top fərqi 26-27
“Şamaxı” son 5 görüşdə qol sevinci yaşayıb. Son 2 matçda “Sabah” qalib gəlib.
“Neftçi” – “İmişli” – 1 oyun, +0=1-0, top fərqi 0-0
Komandalar arasında yeganə oyunda qol vurulmayıb. “Neftçi” ilk dəfə rəqibini qəbul edəcək.



