
"Qarabağ"ın "Sumqayıt", "Neftçi"nin "Kəpəz" qarşısında üstünlüyü
Bu həftə Misli Premyer Liqasının XVII turuna start veriləcək. Turun matçları üç günü əhatə edəcək.
Sportal.az Peşəkar Futbol Liqasına istinadən üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.
Misli Premyer Liqası
XVII tur
14 dekabr (şənbə)
“Şamaxı” – “Səbail” – 24 oyun, +7=8-9, top fərqi – 23-25
“Səbail” son üç matçda qol vurub. “Şamaxı” son iki görüşdən xalsız və qolsuz ayrılıb.
“Araz-Naxçıvan” – “Sabah” – 5 oyun, +1=2-2, top fərqi – 4-5
“Sabah” son 3 görüşdə uduzmayıb. “Araz-Naxçıvan”ın meydanında qol vuran komanda qalib gəlib.
15 dekabr (bazar)
“Zirə” – “Turan Tovuz” – 9 oyun, +5=1-3, top fərqi – 13-10
“Turan Tovuz” son 6 oyunu qolsuz tərk etməyib. “Zirə”nin ev matçlarında hər iki komanda qol vurub.
“Neftçi” – “Kəpəz” – 60 oyun, +29=11-20, top fərqi – 98-60
Son üç oyunda 6 və ya daha çox qol vurulub. “Neftçi” son 2 ev matçında qələbə qazanıb.
* - texniki nəticə top fərqində nəzərə alınmayıb.
** - neytral meydanda keçirilib.
16 dekabr (bazar ertəsi)
“Qarabağ” – “Sumqayıt” – 48 oyun, +36=5-7, top fərqi – 117-23
Son üç qarşılaşmada qol vuran komanda qalib gəlib. “Qarabağ” son iki ev görüşündə quruhesablı qələbə qazanıb.
* - texniki nəticə top fərqində nəzərə alınmayıb.



