
"Qarabağ"ın "Şamaxı", "Neftçi"nin "Sabah" qarşısında üstünlüyü
Bu həftə Misli Premyer Liqasında 2024/25 mövsümünə yekun vurulacaq. XXXVI turun matçları üç günü əhatə edəcək.
Sportal.az Peşəkar Futbol Liqasına istinadən üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.
Misli Premyer Liqası
XXXVI tur
23 may (cümə)
“Səbail” – “Sumqayıt” – 29 oyun, +9=3-17, top fərqi – 23-38
Son 5 görüşdə qonaq olan komanda qol vurub. “Səbail” son 4 ev oyununda məğlub olub.
24 may (şənbə)
“Şamaxı” – “Qarabağ” – 77 oyun, +13=24-40, top fərqi – 46-114
“Qarabağ” son 8 oyunda qələbə qazanıb. “Şamaxı” son 22 matçda qalib gəlməyib.
“Sabah” – “Neftçi” – 26 oyun, +7=6-13, top fərqi – 21-34
“Sabah” son 7 görüşdə uduzmayıb. Son 2 qarşılaşma heç-heçə nəticələnib.
25 may (bazar)
“Turan Tovuz” – “Kəpəz” – 11 oyun, +7=1-3, top fərqi – 19-9
“Turan Tovuz” son 7 görüşdə qol vurub. “Kəpəz” səfərdəki bütün matçlarda məğlub olub.
“Araz-Naxçıvan” – “Zirə” – 7 oyun, +3=2-2, top fərqi – 4-5
Son 4 matçda 2-dən çox qol vurulmayıb. Son iki qarşılaşmanın taleyini bir top həll edib.



