"Qarabağ"ın "Şamaxı", "Neftçi"nin "Sabah" qarşısında üstünlüyü

"Qarabağ"ın "Şamaxı", "Neftçi"nin "Sabah" qarşısında üstünlüyü

 
0

Bu həftə Misli Premyer Liqasında 2024/25 mövsümünün ikinci yarısı start götürəcək. XIX turun matçları üç günü əhatə edəcək.

Sportal.az Peşəkar Futbol Liqasına istinadən 2025-ci ilin ilk oyun həftəsində üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.

Misli Premyer Liqası

XIX tur

17 yanvar (cümə)

“Qarabağ” – “Şamaxı” – 76 oyun, +39=24-13, top fərqi – 111-44

“Qarabağ” son 7 oyunda qələbə qazanıb. Üç görüşdür qol vurmayan “Şamaxı” son 21 matçda qalib gəlməyib.

18 yanvar (şənbə)

“Zirə” – “Araz-Naxçıvan” – 6 oyun, +1=2-3, top fərqi – 4-4

“Zirə” evdə qol vurmayıb. Son 5 qarşılaşmada qonaq olan komanda uduzmayıb.

“Sumqayıt” – “Səbail” – 28 oyun, +17=3-8, top fərqi – 38-21

“Sumqayıt” son 9 matçda qol vurub. “Səbail” son 6 oyunda məğlub olub.

19 yanvar (bazar)

“Kəpəz” – “Turan Tovuz” – 10 oyun, +2=1-7, top fərqi – 4-17

“Turan Tovuz” son 6 görüşdə qol vurub. “Kəpəz” son üç qarşılaşmada uduzub.

“Neftçi” – “Sabah” – 25 oyun, +13=5-7, top fərqi – 33-20

“Sabah” son 6 görüşdə uduzmayıb. “Neftçi” son 5 oyunda qol vurmayıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...