"Qarabağ"ın "Şamaxı", "Neftçi"nin "Qəbələ" qarşısında üstünlüyü

"Qarabağ"ın "Şamaxı", "Neftçi"nin "Qəbələ" qarşısında üstünlüyü

 
0

Misli Premyer Liqasında XIX turun matçları keçiriləcək. Turun matçları üç günü əhatə edəcək.

Sportal.az Peşəkar Futbol Liqasına istinadən üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.

Misli Premyer Liqası

XIX tur

8 fevral (bazar)

“Sabah” – “Araz-Naxçıvan” – 9 oyun, +3=5-1, top fərqi 11-9

“Sabah” son 7 matçda qol vurub və uduzmayıb. Son 3 qarşılaşmada qollu heç-heçə qeydə alınıb.

“Sumqayıt” – “Zirə”  – 40 oyun, +6=11-23, top fərqi 24-57

“Zirə” son 5 oyunda qalib gəlib. “Sumqayıt” son 20 matçda qələbə qazanmayıb.

9 fevral (bazar ertəsi)

“İmişli” – “Kəpəz” – 1 oyun, +1=0-0, top fərqi 3-0

Komandaların ilk qarşılaşması böyük hesabla nəticələnib. “İmişli” səfərdə quru hesabla qalib gəlib.

“Turan Tovuz” – “Karvan-Yevlax”  – 1 oyun, +1=0-0, top fərqi 2-1

İlk dövrədə baş tutan matçda hər iki komanda qol vurub. Tovuz təmsilçisi səfərdən qalib dönüb.

10 fevral (çərşənbə axşamı)

“Şamaxı” – “Qarabağ”  – 79 oyun, +13=25-41, top fərqi 46-115

“Şamaxı” son 24 görüşdə qələbə qazanmayıb. “Qarabağ” son 4 səfərdə quru hesabla qalib gəlib.

“Neftçi” – “Qəbələ” – 64 oyun, +32=14-18, top fərqi 97-70

“Qəbələ” son 5 matçda xal qazanmayıb. “Neftçi” son 14 ev oyununda qol vurub.

PaylaşPaylaş

Şərhlər yüklənir...