"Qarabağ"ın "Sabah", "Neftçi"nin "Şamaxı" qarşısında üstünlüyü

"Qarabağ"ın "Sabah", "Neftçi"nin "Şamaxı" qarşısında üstünlüyü

 
0

Misli Premyer Liqasında 2025-2026-cı illər mövsümünün II dövrəsinə yekun vurulacaq. XXII turun matçları üç günü əhatə edəcək.

Sportal.az Peşəkar Futbol Liqasına istinaddən üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.

Misli Premyer Liqası

XXII tur

27 fevral (cümə)

“Kəpəz” – “Sumqayıt” – 33 oyun, +8=11-14, top fərqi 30-43

“Kəpəz” evdəki son 4 görüşdə uduzmayıb. Son 5 matçda qonaq olan komanda qol vurmayıb.

“Araz-Naxçıvan” – “Zirə” – 9 oyun, +3=3-3, top fərqi 5-7

“Zirə” son üç görüşdə uduzmayıb. Son 6 qarşılaşmada ikidən çox qol vurulmayıb.

28 fevral (şənbə)

“Şamaxı” – “Neftçi” – 79 oyun, +16=19-44, top fərqi 72-125

“Şamaxı” son 11 matçda qələbə qazanmayıb. “Neftçi” son 4 qarşılaşmada qol vurub.

“Qəbələ” – “Karvan-Yevlax” – 1 oyun, +0=1-0, top fərqi 1-1

Hər iki komanda qol vurub. Qələbə qazanan olmayıb.

1 mart (bazar)

“Turan Tovuz” – “İmişli” – 1 oyun, +1=0-0, top fərqi 1-0

“İmişli” qol vurmayıb. “Turan Tovuz” xal iirməyib.

“Qarabağ” – “Sabah” – 28 oyun, +15=10-3, top fərqi 51-26

Son 8 oyunda hər iki komanda qol vurub. “Sabah” son 4 matçda uduzmayıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...