"Qarabağ"ın rəqibi tanınmış futbolçu ilə yollarını ayırdı

"Qarabağ"ın rəqibi tanınmış futbolçu ilə yollarını ayırdı

 
0

UEFA Avropa Liqasının əsas mərhələsinin 8-ci turunda "Qarabağ"la qarşılaşacaq "Olimpiakos" bir futbolçusu ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, Pirey klubu Villianın müqavilə müddətinə xitam verib.

Braziliyalı vingerin "Olimpiakos"la müqaviləsi 2025-ci il iyunun 30-da başa çatmalı idi.

"Olimpiakos"a yayda transfer edilən "sambaçı"ya azad agent statusu verilib.

Qeyd edək ki, Azərbaycan çempionunun "Olimpiakos"la dueli yanvarın 31-də keçiriləcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...