"Qarabağ"ın rəqibi almaniyalı yarımmüdafiəçi ilə danışıq aparır

"Qarabağ"ın rəqibi almaniyalı yarımmüdafiəçi ilə danışıq aparır

 
0

"Ayntraxt" mövsümün sonunda müqaviləsi başa çatan Mario Qötzeni komandada saxlamaq istəyir.

Sportal.az xəbər verir ki, artıq almaniyalı futbolçu ilə sözləşmənin uzadılması ilə bağlı danışıqlar başlayıb. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Klubun idman direktoru Markus Kreşke də Qötze ilə danışıqlar aparıldığını deyib. Yaxın vaxtlarda 33 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə yeni müqavilənin imzalanacağı gözlənilir.

Mario Qötze bu mövsüm Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 2 qol ötürməsi edib.

Qeyd edək ki, "Ayntraxt" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasıındakı oyun 21 yanvar tarixində Bakıda keçiriləcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...