
"Qarabağ"ın "Qəbələ", "Turan Tovuz"un "Kəpəz" qarşısında üstünlüyü
Bu həftə Misli Premyer Liqasında VI turun matçları keçiriləcək. Turun matçları üç günü əhatə edəcək.
Sportal.az Peşəkar Futbol Liqasına istinadən üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.
Misli Premyer Liqası
VI tur
26 sentyabr (cümə)
“İmişli” – “Zirə” - indiyədək qarşılaşmayıblar
“Qarabağ” – “Qəbələ” – 62 oyun, +36=16-10, top fərqi 104-47
“Qəbələ” son 24 oyunda qələbə qazanmayıb. “Qarabağ” son 10 matçda qol vurub.
27 sentyabr (şənbə)
“Şamaxı” – “Araz-Naxçıvan” – 8 oyun, +2=1-5, top fərqi 4-8
“Araz-Naxçıvan” texniki nəticə nəzərə alınmasa, bütün görüşlərdə qol vurub. “Şamaxı” son iki ev qarşılaşmasında minimal hesabla uduzub.
“Neftçi” – “Karvan-Yevlax” - indiyədək qarşılaşmayıblar
28 sentyabr (bazar)
“Turan Tovuz” – “Kəpəz” – 12 oyun, +8=1-3, top fərqi 23-9
“Turan Tovuz” son 8 oyunda qol vurub. “Kəpəz” səfərdə xal qazanmayıb.
“Sabah” – “Sumqayıt” – 27 oyun, +14=5-8, top fərqi 50-27
Son iki görüş heç-heçə başa çatıb. “Sabah” son 9 ev qarşılaşmasında məğlub olmayıb.