"Qarabağ"ın "Neftçi", "Turan Tovuz"un "Araz-Naxçıvan" qarşısında üstünlüyü

"Qarabağ"ın "Neftçi", "Turan Tovuz"un "Araz-Naxçıvan" qarşısında üstünlüyü

 
0

Bu həftə Misli Premyer Liqasının XXIII turuna start veriləcək. Turun matçları üç günü əhatə edəcək.

Sportal.az Peşəkar Futbol Liqası üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.

Misli Premyer Liqası

XXIII tur

15 fevral (şənbə)

“Sumqayıt” – “Zirə” – 37 oyun, +6=11-20, top fərqi – 23-50

“Zirə” 17 oyundur uduzmur. “Sumqayıt” son 8 ev matçında qol vurmayıb.

16 fevral (bazar)

“Turan Tovuz” – “Araz-Naxçıvan” – 6 oyun, +4=0-2, top fərqi – 10-4

“Turan Tovuz” bütün ev qarşılaşmalarında qol vurub. “Araz-Naxçıvan” son iki 2 görüşdə qələbə qazanıb.

“Neftçi” – “Qarabağ” – 97 oyun, +23=31-43, top fərqi – 84-136

“Qarabağ” ardıcıl 7 qələbə qazanıb ki, bunlardan sonuncu 4 matç böyük hesabla nəticələnib. “Neftçi” 14 görüşdür qalib gəlmir.

* - neytral meydanda keçirilib.

** - texniki nəticə top fərqində nəzərə alınmayıb.

17 fevral (bazar ertəsi)

“Kəpəz” – “Şamaxı” – 36 oyun, +9=9-18, top fərqi – 36-59

“Şamaxı” son 5 səfər matçında qol vurub. Son üç qarşılaşmada qonaq olan komanda uduzmayıb.

“Səbail” – “Sabah” – 25 oyun, +7=5-13, top fərqi – 21-38

Son üç oyunda “Sabah” qalib gəlib. “Səbail” son 4 ev matçının hərəsində 2 qol vurub.

PaylaşPaylaş

Şərhlər yüklənir...