"Qarabağ"ın futbolçusu  "Ferents Puşkas" mükafatına namizəd oldu

"Qarabağ"ın futbolçusu "Ferents Puşkas" mükafatına namizəd oldu

 
0

"Qarabağ"ın və Əlcəzair millisinin futbolçusu Yassin Benzia 2024-cü ilin "Ferents Puşkas" mükafatına namizəd olub.

Sportal.az FIFA-ya istinadən xəbər verir ki, 30 yaşlı futbolçu Əlcəzair  və CAR millilərinin yoldaşlıq görüşünün 70-ci dəqiqəsində vurduğu baxımlı qola görə namizədlər siyahısına düşüb.

Qeyd edək ki, martın 26-da keçirilən görüş 3:3 hesabı ilə başa çatıb.

Benzia qarşılaşmada dubl (22, 70) müəllifi olub.

PaylaşPaylaş

Şərhlər yüklənir...