
"Qarabağ"ın Çempionlar Liqası oyunu üçün biletlər satışa çıxır
UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) - “Qarabağ” matçını "Stadio Diego Armando Maradona"da izləmək və təmsilçimizi dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az saytında onlayn şəkildə bu gün saat 15:00-dan etibarən satışda olacaq.
Sportal.az xəbər verir ki, biletlərin qiyməti: 110 AZN təyin olunub.
Vauçerlər ilkin olaraq iTicket.az-dan əldə ediləcək. Oyun gününə qədər isə bilet sifariş zamanı göstərilən e-mail ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək.
"Qarabağ" azarkeşləri üçün "Stadio Diego Armando Maradona"da 2480 yer ayrılıb. Ayrılmış sektorlara giriş "Gate 26" vasitəsilə olacaq.
Qeyd edək ki, "Napoli" - "Qarabağ" oyunu noyabrın 26-ı Bakı vaxtı ilə 00:00-da, yerli vaxtla isə (İtaliya) 25 noyabr saat 21:00-da start götürəcək.



