"Qarabağ"ın "Araz-Naxçıvan", "Neftçi"nin "Turan Tovuz" qarşısında üstünlüyü

"Qarabağ"ın "Araz-Naxçıvan", "Neftçi"nin "Turan Tovuz" qarşısında üstünlüyü

 
0

Misli Premyer Liqasında XXIII turun oyunları keçiriləcək. III dövrənin ilk turunun matçları dörd günü əhatə edəcək.

Sportal.az Peşəkar Futbol Liqasına istinadən üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.

Misli Premyer Liqası

XXIII tur

7 mart (şənbə)

“Karvan-Yevlax” – “Sumqayıt”  – 2 oyun, +0=0-2, top fərqi 1-6

“Karvan-Yevlax” xal qazanmayıb. “Sumqayıt” hər oyunda ən azı 2 qol vurub.

8 mart (bazar)

“Şamaxı” – “İmişli” – 2 oyun, +1=1-0, top fərqi 1-0

“İmişli” qol vurmayıb. “Şamaxı” evdə xal itirməyib.

“Qarabağ” – “Araz-Naxçıvan” – 14 oyun, +10=1-3, top fərqi 36-14

“Qarabağ” son 6 oyunda qalib gəlib. Son iki qarşılaşmada 5 qol vuran Ağdam klubu bütün matçlarda rəqib qapısına yol tapıb.

9 mart (bazar ertəsi)

“Zirə” - “Kəpəz” - 26 oyun, +15=8-3, top fərqi 43-17

“Zirə” son 8 oyunda qalib gəlib. “Kəpəz” son 7 matçda qol vura bilməyib.

“Neftçi” – “Turan Tovuz” - 14 oyun, +6=6-2, top fərqi 17-11

“Neftçi” son iki oyunda qol vurmayıb. Son 6 qarşılaşmada meydan sahibi olan komanda qalib gələ bilməyib.

10 mart (çərşənbə axşamı)

“Sabah” – “Qəbələ” – 25 oyun, +15=3-7, top fərqi 40-22

“Sabah” son iki matçda quru hesabla qalib gəlib. “Qəbələ” son 6 səfərdən xalsız ayrılıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...