"Qarabağ"dan ayrıldı, bu kluba da lazım olmadı

"Qarabağ"dan ayrıldı, bu kluba da lazım olmadı

 
0

Mövsümün əvvəlində “Qarabağ”dan ayrılaraq Türkiyənin “Bandırmaspor” klubuna keçən Adama Diakabi yeni komandasında da çox qalmayıb.

Sportal.az xəbər verir ki, fransalı yarımmüdafiəçinin müqaviləsinə xitam verilib. Fransalı özü də komandadan ayrılmaq qərarı verib.

Halbuki “Bandırmaspor” Diakabi ilə 2 illik müqavilə imzalamışdı.

Xatırladaq ki, 28 yaşlı futbolçu 2023-cü il yanvarın 13-də “Qarabağ”a keçmiş, bu mövsümün əvvəlində komandadan ayrılmışdı.

PaylaşPaylaş

Şərhlər yüklənir...