"Qarabağ" - "Lion": mətbuat konfranslarının vaxtı bilindi

"Qarabağ" - "Lion": mətbuat konfranslarının vaxtı bilindi

 
0

"Lion"un Bakıda “Qarabağ”a qarşı keçirəcəyi UEFA Avropa Liqası matçından əvvəl mətbuat konfransının və açıq məşqinin vaxtı açıqlanıb.

Sportal.az xəbər verir ki, Fransa klubunun baş məşqçisi Pyer Sajın mətbuat konfransı noyabrın 27-də, saat 17:45-də başlayacaq.

Onlrın açıq məşqinə isə saat 18:30-da start veriləcək.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı saat 13:00-a təyin edilib. Hər iki konfrans Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Saat 16:45-də isə Ağdam klubu "Azərsun Arena"da məşqə çıxacaq.

Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək matç saat 21:45-ə təyin olunub.

PaylaşPaylaş

Şərhlər yüklənir...