
"Qarabağ" legioneri ilə müqavilə müddətini artırmağı planlaşdırır
0
"Qarabağ" qolkiperi Mateuş Koxalskini buraxmaq niyyətində deyil.
Sportal.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi polşalı qapıçıya maraq olduqdan sonra onunla müqavilə müddətini artırmağı planlaşdırır.
Koxalskinin "Qarabağ"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Polşa millisinə də dəvət edilmiş qapıçının müqavilə müddəti 2028-ci il iyunun 30-na qədər artırıla bilər.
Qeyd edək ki, 25 yaşlı qapıçı "Legiya", "Radomiak", "Stal" klublarının qapısını qoruyub.



