
"Qarabağ" - "Kopenhagen" matçına nə qədər bilet satılıb?
0
Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunun Bakıda keçiriləcək “Qarabağ” - “Kopenhagen” oyununa maraq yüksəkdir.
Sportal.az xəbər verir ki,qiyməti 250-500 manat olan bir neçə VİP biletləri çıxmaq şərti ilə 31 min biletin demək olar ki, hamısı satılıb.
"Qarabağ" - "Kopenhagen" matçı bu gün Tofiq Bəhramov adına stadionda keçiriləcək.
Görüşə saat 20:45-də start veriləcək.