“Qarabağ” Çempionlar Liqasında ən yaxşı göstəriciyə malikdir

“Qarabağ” Çempionlar Liqasında ən yaxşı göstəriciyə malikdir

 
0

“Qarabağ” Çempionlar Liqasına vəsiqə qazandıqdan sonra təsnifat mərhələsinin ən yaxşı klublardan birinə çevrilib.

Sportal.az xəbər verir ki, təsnifat mərhələsində keçirdiyi 6 oyundan sonra Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 15 qol vuraraq ən məhsuldar komanda olub.

Komanda həmçinin topa sahib olmaqda (55) 3-cü, topa yenidən əldə etməkdə (85) 4-cü, seyvlərdə isə (7) 5-cidir.

Bundan başqa, “Qarabağ”ın müdafiəçisi Kevin Medina mübarizələrdə topu əldə etməkdə bir neçə futbolçu ilə 4-cü yeri bölüşür (7).

Bundan başqa, “Qarabağ”ın qapıçısı Mateuş Koxalski seyvlərin sayına görə (7) 4-cü pilləni tutub.

PaylaşPaylaş

Şərhlər yüklənir...