
"Qarabağ" - "Çelsi" matçıın biletlərinin satışa çıxarılacağı vaxt bəlli oldu
0
UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) görüşünün biletləri 29 oktyabr, saat 15:00-dan etibarən satışa çıxarılacaq.
Sportal.az xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşün standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 AZN-dir.
VIP sektorlar 200, 250, 300 və 400 AZN, VVIP sektorlar 1000 AZN-dir.
Diqqət: Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.



