
"Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq
0
"Qarabağ" bu gün Türkiyədəki təlim-məşq toplanışını çərçivəsində ilk yoxlama görüşünə çıxacaq.
Sportal.az xəbər verir ki, Ağdam klubu Özbəkistanın "Neftçi" (Fərqanə) klubu ilə qarşılaşacaq.
Özbəkistan çempionuna qarşı görüşə Bakı vaxtı ilə 18:00-da start veriləcək. Görüş "Gloria Sports Arena"da keçiriləcək.
"Qarabağ"ın ikinci yoxlama matçını yanvarın 16-da "Zaqlembe"yə(Lubin) qarşı oynayacaq.



