Qanalı futbolçu “Mançester Siti”yə keçidlə bağlı razılığa gəldi

Qanalı futbolçu “Mançester Siti”yə keçidlə bağlı razılığa gəldi

 
0

“Bornmut”un vingeri Antuan Semenyo qış transfer pəncərəsində “Mançester Siti”yə keçidlə bağlı razılığa gəlib.

Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, futbolçunun şəxsi müqavilə şərtləri problem yaratmır. “Şəhərlilər” 65 milyon funt sterlinq məbləğində sərbəstqalma haqqının ödənilməsinin detalları ilə bağlı danışıqlar aparırlar.

Qeyd edək ki, cari mövsüm Premyer Liqada Semenyo 17 matçda iştirak edib, 9 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...