"Qalatasaray"ın futbolçusu MLS klubunda -    RƏSMİ

"Qalatasaray"ın futbolçusu MLS klubunda - RƏSMİ

 
0

"Qalatasaray"ın futbolçusu Vilfred Zaha karyerasını ABŞ-də davam etdirəcək.

Sportal.az xəbər verir ki, İstanbul klubu 32 yaşlı vingeri "Şarlott"a icarəyə verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Zaha 2025-ci ilin sonuna kimi MLS təmsilçisinin formasını geyinəcək. "Şarlott" istəsə, icarə müddətini uzada bilər.

Qeyd edək ki, Vilfred Zaha mövsümün ilk yarısında icarə əsasında Fransa "Lion"unda çıxış edib.

PaylaşPaylaş

Şərhlər yüklənir...