"Qalatasaray"dan sponsorluq müqaviləsi -    97,5 milyon avro

"Qalatasaray"dan sponsorluq müqaviləsi - 97,5 milyon avro

 
0

"Qalatasaray" forma sponsoru "Puma" ilə əməkdaşlığı davam etdirəcək.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi Almaniya şirkəti ilə müqavilənin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında 2036-cı ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb. "Qalatasaray" bu anlaşmadan 83 milyon avro gəlir əldə edəcək. "Sarı-qırmızılar" bundan başqa müəyyən şərtlərə bağlı olan 14,5 milyon avro da qazana bilər.

Qeyd edək ki, "Qalatasaray" 2024/2025 mövsümündən etibarən tanınmış idman brendi "Puma" ilə əməkdaşlıq edir.

PaylaşPaylaş

Şərhlər yüklənir...