"Qalatasaray"dan Okan Buruk qərarı

"Qalatasaray"dan Okan Buruk qərarı

 
0

"Qalatasaray" mövsümün sonunda klubla müqaviləsi başa çatan Okan Burukla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, İstanbul nənəngi türkiyəli mütəxəssislə yola davam edəcək. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Sarı-qırmızılar" Burukla 1+2 illik yeni sözləşmə imzalamağı planlaşdırır. Yeni müqavilə ilə 51 yaşlı məşqçinin maaşı 4 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Okan Buruk 2022-ci ilin yayında "Qalatasaray"ın baş məşqçisi təyin olunub. "Aslanlar" onun rəhbərliyi altında ardıcıl 3 mövsüm Türkiyə çempionu olub.

PaylaşPaylaş

Şərhlər yüklənir...