"Qalatasaray" və "Fənərbaxça"nın potensial rəqibləri bəlli oldu

"Qalatasaray" və "Fənərbaxça"nın potensial rəqibləri bəlli oldu

 
0

UEFA Avropa Liqasının Liqa mərhələsinə yekun vurulub.

Sportal.az xəbər verir ki, Türkiyə klubları “Qalatasaray” və “Fənərbaxça” pley-off matçlarına çıxacaqlar.

Onların potensial rəqibləri də bəlli olub.

"Fənərbaxça" "Bodyo-Qlimt"- "Anderlext" cütünün qalibi ilə üz-üzə gələcək. Joze Mourinyonun komandası qalib gələrsə, 1/8 finalda "Olimpiakos" və ya "Reyncers"lə qarşılaşacaq.

"Qalatasaray" isə "Midtyulland”-“AZ Alkmaar” cütünün qalibi ilə oynayacaq. Türkiyə çempionu bu mərhələni adlasa, "Mançester Yunayted" və ya "Tottenhem"in rəqibi olacaq.

Qeyd edək ki, püşkatmaya bu gün 13:00-da start veriləcək

PaylaşPaylaş

Şərhlər yüklənir...