"Qalatasaray" millinin futbolçusunu transfer etdi    - RƏSMİ

"Qalatasaray" millinin futbolçusunu transfer etdi - RƏSMİ

 
0

"Qalatasaray" Türkiyə millisinin futbolçusunu heyətinə qatıb.

Sportal.az xəbər verir ki, "cim-bom" "Eyüpspor"dan Ahmed Kutucu ilə güclənib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçu ilə 3,5 illik müqavilə imzalanıb.

"Qalatasaray" bu transfer üçün "Eyüpspor"a 6 milyon avro ödəyəcək.

Kutu bu mövsüm 20 matçda 9 qol vurub, 7 asist edib.

PaylaşPaylaş

Şərhlər yüklənir...