"Qalatasaray" Barış Alper Yılmazla bağlı qərarını verdi

"Qalatasaray" Barış Alper Yılmazla bağlı qərarını verdi

 
0

"Qalatasaray" Səudiyyə Ərəbistanının NEOM klubunun transfer etmək istədiyi Barış Alper Yılmazla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi türkiyəli vingeri satmayacaq. Bu barədə jurnalist Ertan Süzgün məlumat yayıb.

"Sarı-qırmızılar" ərəblərin 25 yaşlı oyunçu üçün göndərdiyi bütün təklifləri rədd edib. Futbolçu "cim bom"da qalacaq.

Qeyd edək ki, "Qalatasaray" Barış Alper Yılmazı 2022-ci ilin yayında "Ankara Keçiörengücü"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm ölkə çempionunun heyətində meydana çıxdığı 2 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...