
Qadınlar haqqında söylədiyi fikirlərə görə cərimələnən sabiq "Real"lı futbolçu komandasından ayrıldı
Meksika klubu 37 yaşlı hücumçu Çiçaritonun ayrıldığını açıqlayıb.
Sportal.az xəbər verir ki, Çiçarito “Qvadalaxara”nın yetirməsi olub və 2024-cü ilin yanvarında klubuna qayıtmışdı.
“Çiçarito ilə onu sevən, yetişdirən və futbolumuzun əfsanəsinə çevrilməsinə kömək edən klub arasındakı əlaqə əbədi davam edəcək. "Qvadalaxara" onun klub üçün göstərdiyi sədaqəti və ikinci mərhələdə, demək olar ki, iki il ərzində göstərdiyi ehtirası yüksək qiymətləndirir. Biz bilirik ki, hər fürsətdə o, klubunu və rənglərini dəstəkləməyə və dərin sevgisini nümayiş etdirməyə davam edəcək”, – klubun açıqlamasında deyilir.
Qeyd edək ki, yayda “Mançester Yunayted” və “Real”ın sabiq hücumçusu sosial şəbəkələrdə qadınlara ünvanlanmış videolar paylaşmışdı. Daha sonra o, cərimələnmiş və Meksika Futbol Federasiyasından xəbərdarlıq almışdı. Sonradan Çiçarito üzr istəmişdi.



