Premyer Liqa klubunun yeni baş məşqçisi bəlli oldu -    RƏSMİ

Premyer Liqa klubunun yeni baş məşqçisi bəlli oldu - RƏSMİ

 
0

İngiltərənin "Vulverhempton" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisini Vitor Pereyra çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı mütəxəssislə 2026-cı ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, Vitor Pereyranın son iş yeri Səudiyyə Ərəbistanında "Əl-Şabab" klubu olub.

PaylaşPaylaş

Şərhlər yüklənir...