
Premyer Liqa klubunun müdafiəçisi "Beşiktaş"a keçə bilər
0
"Vulverhempton"un müdafiəçisi Emmanuel Aqbadu karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Beşikatş" Fil Dişi Sahili millisinin üzvünü transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Artıq klublar arasında rəsmi danışıqlar başlayıb. 28 yaşlı mərkəz müdafiəçisi özü "Beşiktaş"a keçməyə isti yanaşır.
Qeyd edək ki, "Vulverhempton" Emmanuel Aqbadunu bu ilin yanvar ayında "Reyms"dən 20 milyon avroya transfer edib. Təcrübəli futbolçu cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.



