Premyer Liqa klubundan 36 milyon avroluq transfer

Premyer Liqa klubundan 36 milyon avroluq transfer

 
0

PSV-nin hücumçusu Rikardo Pepi karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Fulhem" amerikalı futbolçunu heyətinə qatacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında razılıqq əldə olunub. London klubu 23 yaşlı forvard üçün qarşı tərəfə 36 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, PSV Rikardo Pepini 2023-cü ilin yayında "Auqsburq"dan 11 milyon avroya transfer edib. ABŞ millisinin üzvü bu mövsüm Eyndhoven təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 13 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...