
Premyer Liqa klubu İmişliyə gedəcək
0
“İmişli”nin heyəti təmsil etdiyi rayona səfər edəcək.
Sportal.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komanda İmişlidə azarkeşlərlə görüşəcək. Səfər 3 sentyabr tarixində baş tutacaq.
Saat 16:00-da Heydər Əliyev Mərkəzində azarkeşlərlə görüş keçiriləcək. Klub rəhbərliyi və futbolçular azarkeşlərlə bir araya gələcək, onların suallarını cavablandıracaq.
Qeyd edək ki, "İmişli" Premyer Liqada ev oyunlarını Şamaxı şəhər stadionunda keçirir.



