Premyer Liqa klubu baş məşqçisi ilə yollarını ayırdı -    RƏSMİ

Premyer Liqa klubu baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ

 
0

İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Vest Hem" Qrem Potterlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

50 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Qrem Potter bu ilin yanvar ayında "Vest Hem"in baş məşqçisi postuna təyin olunmuşdu. Komanda Premyer Liqada 5 turdan sonra 3 xal toplayıb və turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...