
Portuqaliya millisinin üzvü "Bavariya"dan ayrılacaq
0
Mövsümün sonunda "Bavariya" ilə müqaviləsi başa çatan Rafael Qerreyro gələcəyi ilə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu Almaniya klubundan ayrılacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
32 yaşlı sağ cinah müdafiəçisi yayda azad agent statusu ilə Bundesliqa nəgəngini tərk edəcək.
Qeyd edək ki, Rafael Qerreyro 2023-cü ilin yayından "Bavariya"da çıxış edir. Portuqaliya millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.



