Polşa klubu millimizin üzvünə vaxt verdi -    əsas komandanın məşqlərindən uzaqlaşıdırıla bilər

Polşa klubu millimizin üzvünə vaxt verdi - əsas komandanın məşqlərindən uzaqlaşıdırıla bilər

 
0

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov çıxılmaz vəziyyətdə qalıb.

Sportal.az saytına verilən məlumata görə, "Motor"un bu qış yollarını ayırmaq istədiyi Dadaşov özünə komanda tapa bilmir.

Meneceri onu bir neçə kluba təklif etsə də, heç kim Renatla müqavilə imzalamağa müsbət yanaşmayıb.

Bəzi klublar onun transferində maraqlı olmayıb, digər klublar isə maaş məsələsini problem kimi göstərərək təklifdən imtina edib.

"Motor" isə millimizin forvardına əsas komandada məşq etmək üçün icazə verib. Lakin ona vaxt veriblər ki, özünə komanda tapsın. Çünki klub ona etimad göstərmir və Dadaşovun əvəzinə başqa forvardı komandaya cəlb edərək, sifariş etmək niyyətindədirlər.

Ən pis halda, Dadaşov onun marağında olan klublara icarəyə göndərilə bilər. Renatın "Motor"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

PaylaşPaylaş

Şərhlər yüklənir...