
Peres "Real"ın prezident postunu tərk etməyi düşünür?
0
Florentino Peres "Real"ın prezidenti vəzifəsini vaxtından əvvəl tərk etmək niyyətində deyil. Bundan əvvəl İspaniya mediasında Peresin səlahiyyətlərini vaxtından əvvəl təhvil verə biləcəyi barədə məlumat yayılmışdı.
Sportal.az xəbər verir ki, Peres ən azı 2029-cu ildə müddəti başa çatana qədər "Real"a rəhbərlik etmək niyyətindədir.
78 yaşlı iş adamı istefa variantını nəzərdən keçirmir və Superliqanın yaradılması, həmçinin yeni "Santiaqo Bernabeu"nun tamamlanması kimi layihələrini başa çatdırmaq istəyir.



