
Oyun zamanı huşunu itirərək yıxılan 19 yaşlı qazaxıstanlı futbolçu dünyasını dəyişdi
0
Qazaxıstanlı futbolçu Dias Toleu vəfat edib.
Sportal.az xəbər verir ki, 19 yaşlı “Xan-Tenqri” klubunun hücumçusu Dias Toleu Qazaxıstan Birinci Liqasının 25-ci turunda “Ekibastuz”a qarşı keçirilən matçın 64-cü dəqiqəsində özünü pis hiss edib və meydanda yıxılıb. O, xərəkdə meydançadan çıxarılıb.
Qazaxıstan Futbol Federasiyası futbolçunun ölümünü təsdiqləyib. Toleu “Kayrat” klubunun yetirməsi idi və 2024-cü ilin aprelində “Xan-Tenqri”yə qoşulmuşdu.



