Oyun 12 dəqiqə dayandı, hakim hissəyə cəmi 5 dəqiqə əlavə etdi -    Kamal Umudlunun saatı xarab olub?

Oyun 12 dəqiqə dayandı, hakim hissəyə cəmi 5 dəqiqə əlavə etdi - Kamal Umudlunun saatı xarab olub?

 
0

Bu mövsüm çoxsaylı hakim səhvləri ilə müşahidə olunan Premyer Liqada daha bir qəribə hadisə yaşanıb.

Sportal.az xəbər verir ki, "Kəpəz" - "İmişli" matçının 25-ci dəqiqəsində Gəncə klubunun qapıçısı Məmməd Hüseynov ciddi qayda pozuntusuna görə meydandan qovulub. Lakin epizodun incələnməsi xeyli vaxt aparıb. Oyun 37-ci dəqiqədə digər qapıçı Kaçper Rosanın meydana daxil olması ilə davam edib. Görüşdə 12 dəqiqə dayanma olsa da, baş hakim Kamal Umudlu I hissəyə cəmi 5 dəqiqə əlavə edib. Maraqlıdır, Umudlunun saatı oyun zamanı xarab olub?

Qeyd edək ki, 9-cu tur çərçivəsində keçirilən oyun "İmişli"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...