"Onun zirvəsi artıq arxada qalmışdı, amma onunla oynamağımla fəxr edirəm"

"Onun zirvəsi artıq arxada qalmışdı, amma onunla oynamağımla fəxr edirəm"

 
0

Nemanya Matiç "Mançester Yunayted"də "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldoyla oyun xatirələrini bölüşüb.

Sportal.az xəbər verir ki,  keçmiş "Mançester Yunayted" yarımmüdafiəçisi

"Onunla soyunub otağını paylaşmaq, onunla oynamaq, hər gün ondan bir şey öyrənmək mənim üçün xoş idi.

Onun qayıdışı xüsusi bir an oldu. Orada olduğu zaman təzyiq hiss olunurdu. Gənc oyunçuların daim topu ona verməyə çalışdığını görürdüm, hətta bu həmişə ən yaxşı seçim olmasa belə.

O, mükəmməl insan idi, həmişə pozitiv idi – heç bir şeydə neqativliyini göstərmək istəmirdi və bəlkə də məhz buna görə karyerasında əldə etdiyi hər şeyi qazandı.

Onun zirvəsi artıq arxada qalmışdı, amma onunla oynamağımla fəxr edirəm»."

PaylaşPaylaş

Şərhlər yüklənir...