
"O, Erlinq Haalandla birlikdə qalan son həqiqi "9 nömrə" hücumçulardan biridir"
0
David Trezeget hesab edir ki, "Yuventus" yayda Robert Levandovskini transfer etməlidir. 37 yaşlı hücumçunun "Barselona" ilə müqaviləsi 30 iyunda başa çatır.
Sportal.az xəbər verir ki, Trezeget öz açıqlamasında bunları qeyd edib:
“Levandovskini azad agent kimi transfer edərdim. O, tam fərqli tip futbolçudur, Erlinq Haalandla birlikdə qalan son həqiqi "9 nömrə" hücumçulardan biridir.
Bəlkə də artıq əvvəlki fiziki forması yoxdur, amma qeyri-müntəzəm oynamasına baxmayaraq, o, "Barselona"da 14 qol vurub.
O, güclü və ağıllı futbolçudur və "Yuventusaa gələrkən kim olduğunu və ondan nə gözlənildiyini biləcək".



