Niderland millisinin üzvü Milanda qalacaq

Niderland millisinin üzvü Milanda qalacaq

 
0

Niderland millisinin müdafiəçisi Denzel Dumfris "İnter"də qalacaq.

Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, tərəflər arasında yeni müqavilə barəsində razılıq əldə olunub.

"İnter"in niderlandlı futbolçu ilə yeni müqaviləsi 2028-ci ilin iyun ayına qədər qüvvədə olacaq.

28 yaşlı müdafiəçi bu mövsüm "İnter"in heyətində 14 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

"İnter" A Seriyasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...