
Niderland millisinin üzvü "Barselona"da qalacaq
0
"Barselona" mövsümün sonunda klubla müqaviləsi başa çatan Frenki de Yonqla anlaşma əldə edib.
Sportal.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
İspaniya çempionu niderlandlı yarımmüdafiəçi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq. Rəsmi açıqlama yaxın günlərdə ediləcək.
Qeyd edək ki, "Barselona" Frenki de Yonqu 2019-cu ilin yayında "Ayaks"dan transfer edib. Niderland millisinin üzvü olan 28 yaşlı futbolçu bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.