"Neftçi"nin "Turan Tovuz", "Qarabağ"ın "Araz-Naxçıvan" qarşısında üstünlüyü

"Neftçi"nin "Turan Tovuz", "Qarabağ"ın "Araz-Naxçıvan" qarşısında üstünlüyü

 
0

Bu həftə Misli Premyer Liqasında 2024/25 mövsümünün ilk yarısına yekun vurulacaq. XVIII turun matçları üç günü əhatə edəcək.

Sportal.az Peşəkar Futbol Liqasına istinadən 2024-cü ilin sonuncu qarşılaşmalarında üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.

Misli Premyer Liqası

XVIII tur

20 dekabr (cümə)

“Kəpəz” – “Sumqayıt” – 29 oyun, +7=10-12, top fərqi – 29-37

“Sumqayıt” son 8 oyunda qol vurub. “Kəpəz” ardıcıl 6 ev matçında qalib gəlməyib.

21 dekabr (şənbə)

“Turan Tovuz” – “Neftçi” – 9 oyun, +1=3-5, top fərqi – 7-13

“Neftçi” son 5 oyunda məğlub olmayıb. “Turan Tovuz” son iki matçda qol vurmayıb.

“Səbail” – “Zirə” – 28 oyun, +4=6-18, top fərqi – 19-42

“Səbail” son 6 oyunda qələbə qazanmayıb. “Zirə” son 2 matda qalib gəlib.

* - texniki nəticə top fərqində nəzərə alınmayıb.

22 dekabr (bazar)

“Şamaxı” – “Sabah” – 19 oyun, +6=7-6, top fərqi – 21-20

“Sabah” son 8 görüşdə qol vurub. Son 4 qarşılaşmada meydan sahibi olan komanda uduzmayıb.

“Qarabağ” – “Araz-Naxçıvan” – 9 oyun, +5=1-3, top fərqi – 19-12

“Qarabağ” bütün oyunlarda qol vurub. “Araz-Naxçıvan” səfərdə xal qazanmayıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...