
"Neftçi"nin "Sumqayıt", "Qarabağ"ın "Karvan-Yevlax" qarşısında üstünlüyü
Misli Premyer Liqasında XXVI turun oyunları keçiriləcək. Matçlar üç günü əhatə edəcək.
Sportal.az Peşəkar Futbol Liqasına istinadən üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.
Misli Premyer Liqası
XXVI tur
5 aprel (bazar)
“Kəpəz” – “Qəbələ” – 30 oyun, +10=8-12, top fərqi 28-37
Son üç matçda qol vuran komanda qalib gəlib. “Kəpəz” son iki ev görüşündə qələbə qazanıb.
“Sumqayıt” – “Neftçi” – 53 oyun, +15=13-25, top fərqi 58-81
“Neftçi” son 4 matçda qol vurub. “Sumqayıt” son 2 ev görüşündə qələbə qazanmayıb.
6 aprel (bazar ertəsi)
“Qarabağ” – “Karvan-Yevlax” - 2 oyun, +2=0-0, top fərqi 4-0
Hər iki oyunda “Qarabağ” qələbə qazanıb. “Karvan-Yevlax” qol vurmayıb.
7 aprel (çərşənbə axşamı)
“İmişli” – “Turan Tovuz” - – 2 oyun, +0=1-1, top fərqi 0-1
“İmişli” qələbə qazanmayıb. “Turan Tovuz” qol buraxmayıb.
“Zirə” – “Şamaxı” – 37 oyun, +16=13-8, top fərqi 50-33
Son 4 oyunun hərəsində 3 qol vurulub. “Zirə” son 5 qarşılaşmadan qolsuz ayrılmayıb.
“Araz-Naxçıvan” – “Sabah” – 10 oyun, +1=5-4, top fərqi 10-15
“Sabah” son 8 matçda uduzmayıb. Son 4 oyunda hər iki komanda qolı vurub.



