"Neftçi"nin baş məşqçisinə 1 oyunluq cəza verildi

"Neftçi"nin baş məşqçisinə 1 oyunluq cəza verildi

 
0

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda Əvəzedicilər liqasında VI turun oyunları ilə bağlı aşağıdakı qərarlar verilib:

26.09.2025-ci il tarixində Əvəzedicilər liqasında VI turun “Neftçi-2” – “Araz-Naxçıvan-2” oyunu bitdikdən sonra “Neftçi-2” komandasının baş məşqçisi Rəşad Abdullayev hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Neftçi-2” komandası 250 manat cərimə edilsin (maddə 51.2);

26.09.2025-ci il tarixində Əvəzedicilər liqasında VI turun “Kəpəz-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qarabağ-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

26.09.2025-ci il tarixində Əvəzedicilər liqasında VI turun “Şamaxı-2” – “Sumqayıt-2” oyununda “’Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “’Sumqayıt-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

27.09.2025-ci il tarixində Əvəzedicilər liqasında VI turun “Qəbələ-2” – “Turan Tovuz-2” oyununda topdaşıyan və xərəkdaşıyanlar olmadığına görə “Qəbələ-2” komandası 200 manat cərimə edilsin (maddə 59.1);

27.09.2025-ci il tarixində Əvəzedicilər liqasında VI turun “Zirə-2” – “Sabah-2” oyununda “Zirə-2” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Zirə-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

PaylaşPaylaş

Şərhlər yüklənir...