
"Neftçi" "Sabah"la matça 3 itki ilə çıxacaq
0
“Neftçi” Misli Premyer Liqasının 19-cu turunda qarşılaşacağı “Sabah” klubu ilə matçın hazırlığını başa vurub.
Sportal.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo zədə səbəbindən bu görüşü buraxacaqlar.
Qeyd edək ki, yanvarın 19-u “Neftçi Arena”da keçiriləcək “Neftçi” - “Sabah” oyunu saat 18:30-da başlanacaq.



