"Neftçi" ilk dövrədə qələbəyə həsrət qaldı

"Neftçi" ilk dövrədə qələbəyə həsrət qaldı

 
0

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) "Şəki" - "Lənkəran" (89-64) qarşılaşması ilə birlikdə 1-ci dövrənin oyunları yekunlaşıb.

Sportal.az xəbər verir ki, 5-ci turda "Sumqayıt"ın "Gəncə" üzərində qələbəsi ilə bərabər, çempionatda qələbə üzünə həsrət yalnız "Neftçi" klubudur.

Beləcə ilk dövrədən sonra A qrupuna yoluna məğlubiyyətsiz davam edən "Sabah", B qrupuna isə region təmsilçisi "Gəncə" başçılıq edir.

Qeyd edək ki, ikinci dövrəyə 10 dekabrda baş tutacaq "Naxçıvan" - "Neftçi" oyunu ilə start veriləcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...