"Murad Musayev gedəndə mən də klubdan ayrılmaq istəyirdim" -    MÜSAHİBƏ

"Murad Musayev gedəndə mən də klubdan ayrılmaq istəyirdim" - MÜSAHİBƏ

 
0

“Sabah”dan ayrılan bosniya və herseqovinalı müdafiəçi Boyan Letiç futbolinfo.az saytına müsahibə verib.

Sportal.az həmin müsahibəni diqqətinizə çatdırır:

– “Sabah”dan ayrılmağın necə baş verdi? Bu barədə nə düşünürsən? Axı, sən komandanın heyətində ən çox oyun keçirmiş ikinci futbolçu idin.

– Bu sual mənlik deyil, kluba ünvanlanmalıdır. Nə baş verdiyini sizə məhz onlar izah etməlidirlər.

– Ümumilikdə, Azərbaycandan hansı xatirələrlə ayrıldın?

– Yalnız müsbət xatirələrlə… Karyeramın ən gözəl dövrlərindən biri idi. “Sabah”da və Bakıda keçirdiyim zamanı həmişə xoş xatirələrlə yad edəcəyəm. 6 ay üçün gəlmişdim, amma 4 il qaldım – bu da hər şeyi izah edir. Bakı mənim üçün ikinci ev olaraq qalacaq.

– Azərbaycana gələndə mövqeyində ən yaxşı oyunçulardan biri idin. Sonradan isə eniş oldu. Bunu nə ilə əlaqələndirirsən?

– Bunu əsasən son ilə aid etmək olar. Həmin vaxtdan oyun vaxtım azalmağa başladı. Məşqçi dəyişiklikləri böyük təsir göstərə bilər, çünki hər məşqçinin öz sistemi var – bəzisi sənə uyğun gəlir, bəzisi yox. Murad Musayevlə olan “Sabah”la sonrakı “Sabah” eyni deyildi. Düzünü desəm, Murad Musayev gedəndə mən də klubdan ayrılmaq istəyirdim, amma ondan iki həftə əvvəl müqaviləni uzatdığım üçün bu, mümkün olmadı.

– Tez-tez baş məşqçi dəyişiklikləri sənin karyerana nə kimi təsir edirdi?

– Deyərdim ki, əsas səbəblərdən biri müdafiə sistemi idi. Hətta Krunoslav Renduliçin vaxtında (o, müdafiə üzrə məşqçi idi) ən yaxşı statistik göstəricilərim olmuşdu. Düşünürəm ki, güclü tərəflərimdən düzgün istifadə etmirdilər. Murad Musayev getdikdən sonra isə motivasiyamı da qismən itirdim.

– Bu il “Sabah” yaxşı təsir bağışlayır və Premyer Liqada liderdir. Səncə çempion ola bilərlər?

– Onlara yalnız uğurlar arzulayıram.

– Yenidən Azərbaycandan təklif alsan, oynamağa hazırsan?

– Bunu əvvəlcədən bilmək olmaz.

PaylaşPaylaş

Şərhlər yüklənir...