Millinin hücumçusu "Arsenal"a keçməyə hazırlaşır

Millinin hücumçusu "Arsenal"a keçməyə hazırlaşır

 
0

İngiltərə millisinin və “Aston Villa”nın forvardı Olli Votkins karyerasını “Arsenal”da davam etdirməyə yaxındır.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, London təmsilçisi 29 yaşlı forvard üçün “Aston Villa”ya tələb etdiyi təzminatı ödəməyə hazırdır. Transferin yayda baş tutacağı gözlənilir.

Votkinsin Birmingem təmsilçisi ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

O, “İkzeter Siti”, “Brentford” klublarında oynadıqdan sonra 2020-ci ildə “Aston Villa”ya keçib.

PaylaşPaylaş

Şərhlər yüklənir...